Ölkənin məscid və digər ibadətgahlarında qoyulan nəzir qutuları Qafqaz Müsəlmanları İdarəsinin nəzarətindən alınıb.
Bu barədə Gununsesi.info QMİ-dəki mənbələrə istinadən xəbər verir.
Məlumata görə, artıq məscidlərdəki nəzir qutularına nəzarəti Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi həyata keçirir.Bununla belə mənbəmiz bildirib ki, məscidlərdə və digər ibadət ocaqlarında maaşla çalışlan işçilərin pulları ödənməyib. “Bu maaşlar nəzir qutularındakı pullar hesabına ödənilirdi” deyə mənbəmiz əlavə edib.
Xatırladaq ki, bir müddət öncə məscidlərə axun təyinatı da QMİ-dən alınaraq, adıçəkilən komitəyə verilmişdi.
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- Bu ərazilərdə işıq olmayacaq
- Müəllimə hörmətsizliyə görə cərimə... - Ekspert
- Bir aydan çox daha erkən oyanacağıq... - DÇ başlayır
- Bu qurum niyə 350 min manata siçan-siçovul alır?
- Bu ölkə adını dəyişir