Xəbər verdiyimiz kimi, Azərbaycan Qarabağda yaşayan erməni icmasını reinteqrasiya məsələlərini müzakirə etmək üçün növbəti dəfə Bakıya dəvət etmişdi.
BUTA.TV xəbər verir ki, Bakının bu təklifinə Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların məsuliyyət zonasında məskunlaşan erməni separatçıları cavablandırıblar.
Erməni separatçıların cavabı təəccüblü olmayıb. Onlar görüş yerinə (Bakının seçilməsi) və müzakirə ediləcək mövzuya (reinteqrasiya) etiraz ediblər və bu təklifi qəbul etməyəcəklərini bildiriblər.
Qeyd edək ki, erməni separatçıları “bərabərhüquqlu dialoqa” və yalnız “humanitar məsələləri” müzakirə etməyə can atır.
- "Arzum" ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
- Bakıda bu dayanacaqlar söküləcək - 420 min manat ayrıldı
- Bakıda evdən 70 minlik qızıl oğurlandı - Foto
- Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
- “Tofiq Bəhramov”un yaxınlığında obyekt yağır
- Bakıda restoranda yanğın - Fotolar - Yenilənir
- 70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
- Buna görə bəzən tənqid olunuruq - Valeh Ələsgərov