Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) “İrAero” aviaşirkətinə bir sıra şəhərlərdən, o cümlədən Omskdan Bakıya uçuşlara icazə verib.
BUTA.TV xəbər verir ki, bu barədə idarənin rəsmi saytında məlumat yayılıb.
Məlumata əsasən, aviaşirkət Azərbaycanın paytaxtına həftədə 3 dəfə uçuşlar həyata keçirməyi planlaşdırır. Hazırda isə bu aviadaşıyıcı Omskdan uçuşlar həyata keçirmir.
“İrAero” Novosibirskdən Bakıya uçuşlar üçün də icazə alıb. Novosibirskdən uçuşlar həftədə 2 dəfə - cümə və bazar günləri, Bakıdan isə çərşənbə və şənbə günləri həyata keçiriləcək.
- "Arzum" ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
- İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
- Bakıda bu dayanacaqlar söküləcək - 420 min manat ayrıldı
- Bakıda evdən 70 minlik qızıl oğurlandı - Foto
- Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
- “Tofiq Bəhramov”un yaxınlığında obyekt yağır
- Restorandakı yanğın söndürüldü - Video - Fotolar - Yenilənib
- 70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video