Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən BUTA.TV-a verilən məlumata görə, martın 27-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 21 ticarət müəssisəsi və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 20 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 8, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 20, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbul ilə bağlı 10, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 4 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında bu link vasitəsilə məlumat almaq mümkündür.
- Bakıda bu dayanacaqlar söküləcək - 420 min manat ayrıldı
- Bakıda evdən 70 minlik qızıl oğurlandı - Foto
- Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
- “Tofiq Bəhramov”un yaxınlığında obyekt yağır
- Bakıda restoranda yanğın - Fotolar - Yenilənir
- 70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
- Buna görə bəzən tənqid olunuruq - Valeh Ələsgərov
- İnkişafın yeni mərhələsinə daxil oluruq