Jurnalist Ekspert Mərkəzinin (JEM) saytı fəaliyyətə başlayıb.
Bu barədə BUTA.TV-a İctimai Birliyin sədri, tanınmış jurnalist Ceyhun Musaoğlu məlumat verib.
O qeyd edib ki, “Mediaekspert.az” adlanan sahəvi sayt perspektivdə bütün seqmentlər üzrə jurnalistikaya aid məsələləri işıqlandıracaq.
JEM-i təmsil edən jurnalistlərin aktual mövzulara dair təhlilləri, araşdırmaları, reportajları, analitik məqalələri də saytda yer alacaq.
“Sayt mediada monitorinq aparacaq, Jurnalistlərin Etik Davranış Qaydalarına hansı dərəcədə əməl olunduğunu müəyyənləşdirəcək, jurnalistikaya yad elementləri aşkara çıxaracaq. “Rəqəmxəbər” bölməsi ölkəmizdə və dünyada jurnalistikaya dair statistik məlumatları əks etdirəcək. Saytda şəhid və qazi jurnalistlərə həsr olunmuş ayrıca bölmə də var. Mediaekspert.az jurnalistləri onların doğum günündə təbrik edəcək. Bunun üçün də “Onların günü” adlı bölmə yaradılıb. Ümumilikdə isə sayt əsasən JEM-in fəaliyyətini, həyata keçirdiyi layihələri işıqlandıracaq. Hədəflərimiz genişdir, hələlik detallara varmaq istəmirik. Yalnız onu deyə bilərəm ki, məqsədimiz jurnalistikaya dair ixtisaslaşmış sahə saytına çevrilməkdir”, - C.Musaoğlu bildirib.
- 18 yaşlı gənc ağır qəza törətdi: ölən var
- O məktəbdə ilk “Son zəng” təkcə onun üçün çalınacaq - Fotolar
- Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü - Anbaan görüntülər
- Ronaldonu görəndə göz yaşlarını saxlaya bilmədi - Video
- Tramp Əraqçinin postunu paylaşdı - Foto
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA