Rusiya daha 400 min səfərbər olunmuş hərbçi üçün texnika və digər lazım olanları təmin edə bilməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko “Vaşinqton Post”un Rusiyanın gizli səfərbərliyə hazırlaşması ilə bağlı məqaləsini şərh edərkən deyib.
“Putinin hərbi müşavirlərin 400 min hərbçinin gizli səfərbərliyə cəlb edilməsi ilə bağlı təklifini dəstəkləməsi barədə məlumat yayırlar. 400 min canlı qüvvə nə deməkdir, əziz dostlar? Bu, 500 batalyon taktiki qrupudur. 500 batalyon nə deməkdir? Bu, 5500 tankdır, 16 min 500 zirehli döyüş maşınıdır; bu, 6 min artilleriya və reaktiv yaylım atəşi sistemidir. Rusiya bütün bunların hamısını təmin edə bilərmi? Xeyr. Bəs onda, Putin nəyi dəstəkləyib?” - deyə ekspert bildirib.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video