Laçın-Xankəndi yolundakı ekofəallar başa çatan aksiya yerində ağaclar əkib.
BUTA.TV xəbər verir ki, qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyasının iştirakçıları aksiyanın əhatə etdiyi ərazidə bu gün ağaclar əkib.
Xatırladaq ki, ekofəalların etiraz aksiyası aprelin 28-i saat 18:00-dan etibarən dayandırılıb və iştirakçılar mərhələləri şəkildə ərazini tərk edir. Bununla yanaşı, aksiya ərazisi ekofəallar tərəfindən təmizlənir və ərazidə müxtəlif növ ağaclar əkilir.
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır