Belarusda güc strukturlarının şəxsi heyətinin sayı hazırda 1,5 milyon nəfərdir.
BUTA.TV xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç deyib.
Onun sözlərinə görə, Prezident Aleksandr Lukaşenkonun əmri ilə yaradılmış xalq milisi də bu saya daxildir:
“Bu gün biz bütün bu strukturları sülh dövründə saxlayırıq. Bütün kompleks - hərbçilər, polislər, Dövlət Təhlükəsizliyi Komitəsi, sərhədçilər, ərazi müdafiəsi və xalq milisləri - ümumilikdə 1,5 milyon şəxs əllərində silahla vətənlərini müdafiə edəcəklər”, - Volfoviç bildirib.
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır