Xərçəngə qarşı peyvənd bu onilliyin sonuna qədər hazır olacaq.
BUTA.TV xəbər verir ki, bunu Oksford Universitetinin tədqiqatçısı Conatan Kvok deyib.
“İndi ən azı 10 şirkətin və müxtəlif yanaşma və strategiyalara malik akademik departamentlərin iştirak etdiyi bir yarış var. Bu yanaşmaların hər birinin üstünlükləri nəzərdən keçirilir”, - alim bildirib.
Onun fikrincə, bu onilliyin sonuna qədər xərçəngə qarşı münasib qiymətə peyvənd olacaq.
Xərçəngdən ölüm hallarının 70-90 faizinin metastazlara görə baş verdiyini deyən alim qeyd edib ki, peyvənd immun sisteminin davamlı reaksiyası nəticəsində metastazların yaranmasının qarşısını almağa kömək edəcək.
“Siçanlar üzərində aparılan tədqiqatlar göstərdi ki, metastazların qarşısını tamamilə ala bilərik. Klinik sınaqların birinci mərhələsinin yaxın aylarda başlaması gözlənilir”, - tədqiqatçı vurğulayıb.
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır