“Flyone Ermənistan” aviaşirkətinin rəhbərliyi sərnişinləri ilə əlaqə saxlayır və Türkiyə üzərindən uçuşla bağlı insidentlə əlaqədar onların səyahət planlarının dəyişməməsi üçün hər şeyi edir.
BUTA.TV xəbər verir ki, bunu “Flyone Ermənistan” aviaşirkətinin Direktorlar Şurasının sədri Aram Ananyan deyib.
“Sərnişinlərin qayıtmasını təmin etmişik. Aviaşirkət qarşıdakı hadisələr barədə məlumat verəcək”, - Ananyan bildirib.
Qeyd edək ki, Türkiyənin hava məkanını Ermənistandan Avropaya uçuşlar üçün bağlaması səbəbindən İrəvandan Fransaya uçan "FlyOne Ermənistan" şirkətinin təyyarəsi məcburi Kişinyova enməli olub.
- Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video
- Prezident Kral III Çarlzı təbrik etdi
- DYP-dən sürücülərə müraciət
- Bu gün məzun olan şəhid övladları - Siyahı
- Bu ərazilərə yağış yağır
- 4 min əcnəbi Piterdən çıxarıldı: azərbaycanlılar da var
- Nazir məzunlarla “Yallı” oynadı - Video
- AZAL Naxçıvana reysləri bərpa etdi