Moskva Baxmutun işğalı üçün mayın 9-nu son tarix olaraq təyin edib.
BUTA.TV xəbər verir ki, bu barədə RBK hakimiyyətdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, versiyalardan biri Rusiya Prezidenti Vladimir Putinin bu qələbə notası ilə müharibənin başa çatdığını elan edəcəyidir:
“Əgər Rusiya Silahlı Qüvvələrin gəlişindən əvvəl müharibənin bitdiyini elan edərsə, risk var ki, dünya liderləri Kiyevi hərbi əməliyyat yerinə danışıqlara başlamaq üçün razı salsın. Bundan əlavə, Ukraynanın maraqlarına uyğun olmayan sülhü müdafiə edən siyasətçilər az deyil.
Həmçinin, Kreml əgər müharibəni bitirdiyini bəyan edib danışıqlar aparmaq istəsə, sülhməramlıların dairəsi daha da genişlənəcək. Məhz buna görə Ukraynanın vəzifəsi Baxmutun müdafiəsini saxlamaq və heç olmasa hücumumuz başlayana qədər Moskvaya qələbə verməməkdir”.
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır