Fransa hakimiyyəti məktəblərdə əbayəların - bədəni tamamilə örtən və adi paltarın üstündən geyilən müsəlman qadın paltarlarının geyinilməsini qadağan etmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin yeni milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal məlumat verib.
"Respublikada məktəb dünyəvilik kimi möhkəm prinsiplər üzərində qurulub. Dünyəvilik məktəb vasitəsilə özünü azad etməkdir. Sinif otağına girəndə şagirdlərin dinini təkcə onlara baxmaqla müəyyən edə bilməməlisən”, - o bildirib.
Nazir söz verib ki, gələn həftə məktəb rəhbərləri ilə bu qadağanın necə həyata keçiriləcəyini müzakirə edəcək.
- Prezidentin efir məkanı ilə bağlı çağırışı - İbrahimov
- Müəllimlərə ŞAD XƏBƏR: Maaşları bu qədər artırılacaq
- Pezeşkiana qarşı bircə şüar da yoxdur
- Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı
- Diqqət: Azərbaycanlılar bu müharibəyə cəlb edilir
- Sənan Şahbəndəyev işdən çıxarıldı
- “Nərimanov”da qatar yoluna düşən sərnişin öldü
- Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?