Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu