Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi

16:44 - 25 Sentyabr 2023 - GÜNDƏM

 Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi

Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi.

BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələri təslim olub və şərtləri qəbul edib:

“Onlara humanitar yardımlar, o cümlədən ərzaq məhsulları, dərmanlar göndərildi”.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar.

Dövlət başçısı qeyd edib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə başlayanda Naxçıvana qarşı da ərazi iddiaları irəli sürürdü: “Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə düşmən geriyə otuzduruldu. Amma Naxçıvan faktiki olaraq mühasirədə idi”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol