Volkan Bozkır İlham Əliyevə məktub göndərdi

17:34 - 25 Sentyabr 2023 - GÜNDƏM

 Volkan Bozkır İlham Əliyevə məktub göndərdi

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkırdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

BUTA.TV məktubu təqdim edir:

"Hörmətli cənab Prezident!

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

30 illik işğaldan azad edilmiş və Ana Vətənə qovuşmuş Qarabağda, inşallah, bundan sonra əmin-amanlıq hökm sürər".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol