İsveçdə məsciddə güclü yanğın baş verdi

22:20 - 25 Sentyabr 2023 - GÜNDƏM

 İsveçdə məsciddə güclü yanğın baş verdi

İsveçin Eskilstun şəhərindəki ən böyük məsciddə güclü yanğın baş verib.

BUTA.TV xəbər verir ki, hadisə yerində polis və fövqəladə xidmətlər işləyir. Əraziyə giriş-çıxışa məhdudiyyət qoyulub, güclü duman müşahidə olunur.

“Hadisə yerinə dörd müxtəlif stansiyadan təxminən 15 yanğınsöndürmə briqadası gəlib. Əsas binanın damı yanıb. Onu xilas etmək mümkün olmayıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur”, - deyə xilasetmə xidmətinin növbətçi zabiti Anders Sessler bildirib.

Yaxınlıqda yerləşən evlərin sakinləri məsciddə partlayış səsləri eşitdiklərini deyiblər.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Fövqəladə Xidmətin məlumatına görə, binada heç nə partlamayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol