Erməni bloger Roman Baqdasaryan Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi erməniləri kin və qeyri-insanilikdə ittiham edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.
“Bütün günü qarabağlılarla ünsiyyətdə oluram. Bu gün anladığım bir şey odur ki, kin bir çox insanın ruhunu yeyib. Arxa oturacağı hər cür zibillə doldurun və azyaşlı uşağı olan tək ananı özünüzlə aparmaqdan imtina edin. Bu nədir? Qoxulu yorğanlar qonşudan və canlı insandan daha vacibdir? Əsəbdən titrəyirəm! Özünü necə apardığını başa düşürsən? Ermənistanda sənə yüz yorğan verəcəklər! Gəlin, insan olaq!” - Baqdasaryan qeyd edib.
Qeyd edək ki, bir müddət sonra o, bu yazını silib.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu