İrəvandan Xankəndiyə həkim briqadası göndərildi

11:34 - 26 Sentyabr 2023 - GÜNDƏM

 İrəvandan Xankəndiyə həkim briqadası göndərildi

Xankəndidəki yanacaq məntəqəsində baş verən partlayış nəticəsində yaralananlara yardım etmək məqsədilə Ermənistandan Xankəndiyə helikopter vasitəsilə həkim briqadası göndərilib.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Həkimlərlə bərabər tibbi ləvazimatlar və materialların da göndərildiyi bildirilib.

İddia edilib ki, Xankəndi xəstəxanasında ağır yaralıların köçürülməsinə hazırlıq başlayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Qeyd edək ki, ötən gün Xankəndi-Əsgəran yolu üzərindəki yanacaq məntəqəsində baş verən partlayış nəticəsində 290 nəfərin yaralandığı, 20 nəfərin öldüyü bildirilir. İtkin düşənlər də var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol