Qarabağ ermənilərinin İrəvana gəlişinə qadağa qoyuldu

13:10 - 26 Sentyabr 2023 - GÜNDƏM

 Qarabağ ermənilərinin İrəvana gəlişinə qadağa qoyuldu

Ermənistanın Baş naziri Paşinyan komandasının üzvlərinə xəbərdarlıq edib ki, Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən ermənilər heç bir halda İrəvanda yerləşdirilməməlidir. Çünki onlar Ermənistan hakimiyyəti üçün saatlı bombaya çevrilə bilər.

BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Ermənistanın hakimiyyəti hesab edir ki, Rusiya sülhməramlıları Qarabağda 20 minə yaxın erməninin qalmasını təmin etməyə çalışacaqlar”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu, Rusiya sülhməramlılarının Qarabağ bölgəsində qalmasını əsaslandırmaq üçün lazımdır.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol