Ermənistana Kim kömək edəcək? - Simonyan

14:52 - 26 Sentyabr 2023 - GÜNDƏM

 Ermənistana Kim kömək edəcək? - Simonyan

“Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan İrəvanda səfərdə olan Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin Ermənistanla bağlı açıqlamasına münasibət bildirib.

BUTA.TV xəbər verir ki, Kolokoltsev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü zamanı Qərb və ABŞ-ın Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün Ukraynadakı vəziyyətdən istifadə etmək istədiyini və ABŞ-ın Ermənistanın taleyi ilə bağlı narahat olmadığını deyib.

“Kolokoltsev doğru deyib ki, Qərb Ermənistanla ancaq Rusiyanı regiondan sıxışdırmaq üçün oynayır, ABŞ-ı ermənilər maraqlandırmır. Mən razıyam. Bircə bunu əlavə etmək istəyirəm ki, bugünkü Ermənistanın ermənilərə dəxli yoxdur”, - Simonyan bildirib.

Erməni baş redaktor onu da qeyd edib ki, Kim Kardaşyan, hətta NATO belə Ermənistana kömək etməyəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol