Qriqoryanla görüş olduqca konstruktiv keçdi - Hacıyev

21:52 - 26 Sentyabr 2023 - GÜNDƏM

 Qriqoryanla görüş olduqca konstruktiv keçdi - Hacıyev

Bugünkü danışıqlar kifayət qədər konstruktiv keçdi.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü barədə açıqlamasında deyib.

“İndi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına doğru irəliləmək üçün daha çox imkanlar var”, - deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, Hikmət Hacıyev Armen Qriqoryan arasında görüş AB-nin vasitəçiliyi ilə Brüsseldə baş tutub.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol