Ermənilər müttəfiqlərinə daim xəyanət ediblər və hazırkı vəziyyətə görə özləri günahkardır.
BUTA.TV xəbər verir ki, bunu erməni jurnalist Lilit Kostanyan Feysbuk səhifəsində yazıb.
“Əsrlər boyu problem həll etməməyi o qədər sevdik ki, bu, fəlakətə çevrildi. Oturub ağlaya-ağlaya əsərlər yazdıq, qəmli mahnılar bəstələdik, inildədik, faciələrimizdən biznes qurduq, sonra bütün dünyanı günahlandırdıq ki, bizə kömək etmədilər. Amma heç vaxt etiraf etməmişik ki, dünya ilə düzgün “dostluq” qurmağı bilmirik, biri ilə müttəfiq olacağıq, sonra onu tərk edib başqa birinə qaçacağıq, sonra da digərini tərk edəcəyik və bu davam edəcək. Amma heç bir halda etiraf etməyəcəyik ki, bu cür rəftarın günahkarı yalnız bizik. Hərdən fikirləşirəm ki, biz 21-ci əsrə qədər necə sağ qala bilmişik?”, - o bildirib.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu