Təhlükəsizliyin təmin edilməsi və Ermənistanın KTMT-dən çıxması ilə bağlı kifayət qədər çox müzakirələr gedir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan deyib.
“Təbii ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı kifayət qədər müzakirələr gedir. Xalq arasında nə müzakirə olunursa, parlamentdə də eyni şey müzakirə olunur. Müzakirələr var, amma KTMT-dən çıxmaq bir günün işi deyil. Bir gün qalxıb “mən getdim” deməklə də getmiş sayılmırsan. KTMT ilə bağlı çoxlu sazişlər var, çoxlu dövlətlərarası hüquqi aktlar var, bütün bunları müzakirə etmək və təhlil etmək lazımdır. Bundan əlavə, hazırda KTMT-dən çıxmağın bizə bir fayda verəcəyini düşünmürük. Milli və dövlət maraqlarını rəhbər tuturuq. Hər şeyi sakit düşünməliyik. Lazımi vaxtda görülən iş artıq uğurun yarısıdır və ya əksinə. Yaxın gələcəkdə belə planlar yoxdur, müzakirələr var, amma konkret layihələrin hazırlanması üzərində işləyən elə ciddi müzakirələr yoxdur”, - o bildirib.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu