Vardanyan saxlanılıb? Xəbərimiz yoxdur - Peskov

15:00 - 27 Sentyabr 2023 - GÜNDƏM

 Vardanyan saxlanılıb? Xəbərimiz yoxdur - Peskov

Kremldə Ruben Vardanyanın Gorusa getmək istəyərkən Azərbaycan sərhədində saxlanılması barədə məlumat yoxdur.

BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Məndə belə bir məlumat yoxdur, ona görə də bu barədə heç nə deyə bilmərəm”, - Peskov bildirib.

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidməti Qarabağdakı erməni separatçıların keçmiş liderlərindən biri Ruben Vardanyanın Ermənistan istiqamətində hərəkət edərkən saxlanıldığı və Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirildiyi barədə məlumat yayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol