Bununla Xəzərdən Avropaya qazın ixracını təmin edək

20:50 - 27 Sentyabr 2023 - GÜNDƏM

 Bununla Xəzərdən Avropaya qazın ixracını təmin edək

TAP fəaliyyətə başladığı vaxtdan bəri Avropaya 27 milyard kubmetrdən çox qaz nəql edib ki, bunun da 23 milyard kubmetrdən çoxu İtaliyaya ixrac olunub.

BUTA.TV xəbər verir ki, bunu TAP-ın icraçı direktoru Luka Skieppati deyib.

“Müqavilələrə əsasən, ildə 10 milyard kubmetr qaz nəql edilir və onun da 8 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub. Qaz kəmərindən getdikcə daha çevik istifadə edirik, bizdə qazı adətən olduğu kimi, şərqdən qərbə yox, həm də qərbdən şərqə nəql etməyə, həmçinin qazı Yunanıstandan Avropaya çatdırmağa imkan verən məhsullar var.

Biz bu istiqamətdə işləri davam etdirməliyik ki, gələcəkdə uzunmüddətli müqavilələr əsasında Xəzər dənizindən Avropaya birbaşa daşınma olan nəqliyyat xidmətlərinin belə davamlılığını təmin edək”, - Skieppati qeyd edib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol