Lavrovdan İrəvana: Rusiyanı itirmək mümkün deyil!

22:08 - 27 Sentyabr 2023 - GÜNDƏM

 Lavrovdan İrəvana: Rusiyanı itirmək mümkün deyil!

Tarixi, coğrafi, geosiyasi baxımdan Rusiyanı Cənubi Qafqazdakı maraqlarına tamamilə məhəl qoymamaq mənasında itirmək mümkün deyil.

BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Rusiyadan uzaqlaşa biləcəyi ilə bağlı suala cavabında deyib.

Lavrov vurğulayıb ki, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını nəzərdən qaçırmaq olmaz:

"Amma İrəvandakı bəzi liderlər belə ümidlər bəsləyir və bunu birbaşa deyirlər”.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Lavrov bildirib ki, Paşinyan Ermənistanın təhlükəsizliyini təmin etməyə kömək edəcək tərəfdaşlar dairəsinin genişləndirilməsi məsələsini də gündəmə gətirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol