Yaxın günlərdə Qarabağla bağlı bunu razılaşdıracağıq

22:32 - 27 Sentyabr 2023 - GÜNDƏM

 Yaxın günlərdə Qarabağla bağlı bunu razılaşdıracağıq

ABŞ yaxın günlərdə Qarabağ üzrə beynəlxalq müşahidə missiyasının təfərrüatını razılaşdırmaq niyyətindədir.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O qeyd edib ki, ölkəsi Azərbaycanın ev sahibliyi etməyə hazır olmasından məmnundur:

"Biz yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə çalışacağıq ki, bu missiyanın necə görünəcəyini dəqiq müəyyən edək. Amma son nəticədə biz masaya qayıdış görmək istəyirik".

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Miller qeyd edib ki, ABŞ Azərbaycan hökumətinin sözün əsl mənasında verdiyi bəyanatı alqışlayır.

Departament sözçüsü Qarabağdakı son proseslər zamanı Rusiyanın rolunu məhsuldar hesab etməyib:

"Mən, əlbəttə ki, Rusiyanın ötən həftə burada məhsuldar rol oynadığını düşünmürəm. Biz bunu zaman-zaman görmüşük. Onların danışıqları asanlaşdırdığı hallar olub, biz bunu alqışlamışıq, lakin təbii ki, ötən həftə onların bu vəziyyətdə rolu məhsuldar olmayıb".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol