Ruslar Ukrayna ordusunun qarşısını niyə ala bilmir?

08:48 - 28 Sentyabr 2023 - GÜNDƏM

 Ruslar Ukrayna ordusunun qarşısını niyə ala bilmir?

Ukraynanın cənubundakı rus hərbçilərin müdafiədə qarşılıqlı əlaqə və rabitəsi yoxdur. Nəticədə onlar Ukrayna qoşunlarının irəliləməsinə qarşı heç nə edə bilmirlər.

BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.

O qeyd edib ki, düşmənin hər hansı müdafiə xəttini yarmaqdan söhbət gedəndə başa düşmək lazımdır ki, hər bir belə xəttin – xüsusən də ikincinin – bir neçə xətti var:

"Birinci xətt, ikinci xətt... Və onlar bir-biri ilə bağlıdır, müəyyən əlaqə var. Əgər biz birbaşa Zaporojye bölgəsindən, Novoprokopovka - Verbovo - Oçeretovatoye üçbucağından danışırıqsa, deməli söhbət təkcə bu üçbucaqdan getmir".

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Onun sözlərinə görə, rusların müdafiədə qarşılıqlı fəaliyyət daha geniş cəbhə xətti boyunca həyata keçirilir:

"Dörd əsas bağlantı mərkəzi var ki, onların bir-birinə bağlanması ruslara effektiv müdafiə aparmaq imkanı verir. Ancaq bu gün belə bir əlaqə yoxdur - həm Verbovoy, həm də Novoprokopovka və Kopan ərazisində".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol