Xocalı qatili: Əsgərandayam, ünvanımı yazın!

11:02 - 28 Sentyabr 2023 - GÜNDƏM

 Xocalı qatili: Əsgərandayam, ünvanımı yazın!

Ötən gün Azərbaycandan qaçarkən həbs edildiyi deyilən Xocalı qatili Vitali Balasanyan açıqlama yayıb.

BUTA.TV xəbər verir ki, o, erməni mediasına “Laçın” postundan keçərkən həbs edildiyi barədə məlumatı təkzib edib.

“Mən Qarabağdayam. Ünvanı yazın: Əsgəran şəhəri, Danielyan küçəsi 29. Mən buradayam, heç Qarabağı tərk etməyə cəhd də etməmişəm”, - deyə o bildirib.

Qeyd edək ki, Qarabağ separatçı-terrorçularının keçmiş “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan ötən gün “Laçın” postundan keçmək istəyərkən saxlanılıb. Separatçı-terrorçuların başçısının “müşaviri” David Babayan da təslim olmaq üçün Şuşaya getməyə qərar verdiyini bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Bir neçə dəqiqə öncə isə separatçıbaşı Samvel Şahramanyan separatçı-terrorçu xuntanın özünü buraxdığını elan edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol