Qarabağda qalan terrorçular kimlərdir?

12:12 - 28 Sentyabr 2023 - GÜNDƏM

 Qarabağda qalan terrorçular kimlərdir?

Ruben Vardanyanın saxlanılmasından sonra erməni mətbuatı Qarabağda qalan separatçıların siyahısını təqdim edib.

BUTA.TV xəbər verir ki, “Hraparak” nəşrinin məlumatına görə, Qarabağdan hələ də minlərlə insan, o cümlədən “dövlət məmurları” və hərbçilər qalmaqda davam edir.

Hazırda ləğv edilmiş qondarma rejimin keçmiş rəhbərləri Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan Qarabağdadır. Bundan başqa, separatçı-terrorçu silahlı qruplaşmanın keçmiş komandanları, “deputatlar”, separatçıların indiki rəhbəri Samvel Şahramanyan və qondarma “hökumətin” bütün üzvləri də Qarabağda qalıblar.

Qeyd edək ki, bu gün qondarma-terrorçu xunta özünü buraxdığını elan edib. Beləliklə, “dqr” artıq mövcud deyil!

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol