Tehran rejimi Sistan və Bəlucistana ordu yeridir

14:18 - 28 Sentyabr 2023 - GÜNDƏM

 Tehran rejimi Sistan və Bəlucistana ordu yeridir

İranda etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinə SEPAH və xüsusi təyinatlı qüvvələr, zirehli texnikalar göndərilir.

BUTA.TV xəbər verir ki, bu barədə xarici media və yerli sosial media istifadəçiləri məlumat paylaşıblar.

Bölgəyə texnika və canlı qüvvə yeridilməsi ötən ilin sentyabr ayının 30-da Zahidan şəhərində baş verən və "Qanlı cümə" kimi tanınan etirazçı bəlucların öldürülməsinin ildönümü ilə əlaqəlidir.

Qeyd edək ki, 30 sentyabr 2022-ci ildə bəluclar polis komandirinin 15 yaşlı qıza təcavüz etməsinə və cəzasız qalmasına görə etiraz aksiyası keçiriblər. Hökumət məmurlarının atəşi nəticəsində 13-ü uşaq olmaqla, 103 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol