“Dağlıq qarabağ respublikası”nın ləğvi ilə bağlı qərar hərbi əməliyyatların dayandırılması baxımından müsbət addımdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.
“Nəzərə alsaq ki, Ermənistan və onun lideri Nikol Paşinyan hər yerdə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb, indi uzun müddət mövcud olmuş “respublika”nın ləğvi prosesi gedir və oranı tərk edən ermənilər çox güman ki, Ermənistanda, o cümlədən Rusiyada yaşayacaq. Azərbaycan tərəfi bu ərazidə qalacaq insanların normal yaşaması üçün şərait yaradacaq, çünki ora artıq bütün strukturları ilə onun ərazisidir. Təbii ki, bizim orada yerləşən sülhməramlı kontingentimiz böyük ehtimalla əhəmiyyətsiz olacaq, lakin buna Rusiya, Azərbaycan və Ermənistan dövlətinin rəhbərləri qərar verəcəklər, çünki bu qərarı onların üçü verib”, - deputat bildirib.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu