Azərbaycanın Qarabağ bölgəsində tikinti işlərində, parkların salınmasında süni zəkadan istifadə etmək mümkündür.
BUTA.TV xəbər verir ki, bunu memar və layihələndirici Əli Mangera "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Bakıda keçirilən "Sağlam şəhərlər, inkişaf edən icmalar: şəhərsalma vasitəsilə həyat keyfiyyətinin yüksəldilməsi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda deyib.
"Qarabağ çox fərqli bölgədir. Burada qədimlik, xatirələr, insanların sevinc və kədərləri var. Ona görə də, Qarabağı başqa məkanlarla müqayisə etmək doğru deyil. Belə məkanlarda tikinti işlərində süni zəkadan istifadə etməklə maraqlı nəticələr əldə etmək olar", - Mangera bildirib.
Əli Mangera vurğulayıb ki,Qarabağ süni zəkadan istifadə edilməklə bərpa və yenidənqurma işləri aparmaq üçün möhtəşəm fürsətdir: "Süni zəka bizə bir-birinə oxşar binaların tikintisindən uzaq olmaqda da kömək edə bilər".
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?