"2024-cü ilin yanvar ayından etibarən bütün əmək pensiyaları indeksiyasiya olunaraq artırılacaq".
“BUTA.TV” xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov "ATV xəbər"ə açıqlamasında bildirib:
"İlkin gözlənti ondan ibarətdir ki, pensiyalar təxminən 11 faiz ətrafında indeksiyasiya olunaraq artımlar reallaşacaq. Çünki bu ilin geridə qalan aylarında orta aylıq əməkhaqqı 11.3 faiz artıb. Buna uyğun olaraq da artımlar baş verəcək. Əvvəlki illərdə pensiyası inseksiaysiya olunmayan 100 min vətəndaşımızın da 2024-cü ildə pensiyaları indeksiyasiya olunaraq artırılacaq. Aylıq 425 AZN alan vətəndaşın pensiyası 50 AZN artacaq". Vüqar Bayramov onu da bildirib ki, pensiya məbləğindən asılı olaraq bu rəqəm dəyişəcək.
Daha çox pensiya alanlarda bu rəqəm yüksək olacaq.
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi