Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi Rusiyaya qarşı yönəlməyib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spiker müavini Akop Arşakyan deyib.
“Roma Statusunun ratifikasiyası bizim bəzi rusiyalı həmkarlarımızın təqdim etdiyi kimi Rusiya, yaxud Rusiya prezidentinə qarşı qeyri-dost hərəkət deyil”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Roma Statutu oktyabrın 7-də, Rusiya Prezidenti Vladimir Putinin doğum günündə qüvvəyə minəcək.
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya