Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın qandallanması, ümumilikdə əli qana batan erməni cinayətkarların cəzalandırılması bir neçə aspektdən tarixi əhəmiyyət kəsb edir:
- Bu separatçılardan biri, yaxud hamısı Ermənistana keçə bilsəydi, “mühacir lider” olacaqdılar; erməni separatizminin məhv edilməsindən sonra “başçılarının” Bakıya gətirilməsi qondarma “artsax” ideyasına vurulan zərbə, eləcə də Azərbaycana qarşı separatizm meyillərinin üzləşəcəyi taleyin nümayiş etdirilməsidir; (Hələ də Xankəndidə qalan Şahramanyanın bəlkə də amnistiya şansı ola bilər, lakin o, məğlub olmuş şəxs kimi qəbul edilməyəcək).
- Bakı Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törədənlərin cəzasız qalmayacağını praktiki olaraq göstərir;
- Əli qana batan erməni cinayətkarlara qarşı barışmaz mövqeyi ilə XXI əsrdə İsrail təcrübəsini təkrarlayır: yəhudi soyqırımına görə nasistlər sona qədər təqib edildi, cəzalandırıldı, bu gün rəsmi Bakı azərbaycanlılara qarşı soyqırım törədən şəxsləri bir-bir cəzalandırır.
Bütün bu olanlardan sonra bir gün Robert Köçəryan və Serj Sərkisyan üçün “Eyxman əməliyyatı”nın keçirilə biləcəyinə şübhə ilə yanaşmamalıyıq. Hazırda baş verənlər Vətən müharibəsinin komponentlərindən olan "cəza əməliyyatı"nın davamıdır.
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya