Qarabağda keçmiş separatçı rejimin “başçısı”, qondarma qurumun buraxılması barədə “fərman” imzalayan Samvel Şahramanın da Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı haqda məlumat yayılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri iddia edib.
Nəşrin məlumatına görə, Xocali qatili Vitali Balasanyan və separatçıların silahlı birləşmələrinin rəhbəri, “general” Kamo Vardanyan hələ də Xankəndidədir və onların taleyinə bu gün aydınlıq gətiriləcək.
Qeyd edək ki, keçmiş qondarma rejimin keçmiş “prezidentləri” – Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan artıq həbs edilərək, Bakıya gətiriliblər. S.Şahramanyanın isə həbs ediləcəyi ehtimalı daha az qiymətləndirilir. Belə ki, Şahramanyan azərbaycanlılara qarşı qətliamlarda iştirak etməyib, eyni zamanda, antiterror tədbirlərindən qısa müddət sonra qanunsuz rejimin buraxılması tələbini icra edib.
Onun antiterror tədbirlərindən bir neçə gün öncə Araiki əvəzlədiyini və hazırda Azərbaycanla əməkdaşlıq etdiyinin də nəzərə alınacağı ehtimal edilir.
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya