Azərbaycanın Sərkis Qalstyanı Xankəndidə patrul zabiti təyin etməsi barədə dünən yayılan məlumat doğru deyil.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Nəşr bildirib ki, Qalstyan qondarma “parlament”in deputatı David Qalstyanın əmisidir və separatçıların “təhsil nazirliyi”ndə işləyib. Araik Arutyunyanının “seçkiqabağı kampaniyası” zamanı Şuşa və Kərkicahandakı “qərargahlar”da “məsul” şəxs olub.
Separatçıların keçmiş “prezident”i Bako Saakyanın onun “xaç atası” olduğu bildirilir.
Saytın mənbələri bildirib ki, Qalstyan sentyabrın 28-də Samvel Şahramanyanın “əmri” ilə “prezident administrasiyası” rəhbərinin müavini təyin olunub. Qondarma “arsax”ın özünü buraxmasından sonra isə Qalstyan oradakı ən yüksək statuslu “məmur” olub. Qohumlarına bildirib ki, Azərbaycan hökuməti ona heç nə tapşırmayıb, o, sadəcə qondarma qurum özünü buraxana qədər “aparat rəhbərinin müavini” vəzifələrini icra edir.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı