Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün dünyasını dəyişmiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndərib.
BUTA.TV xəbər verir ki, mərhumla vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında keçirilir.
X.Yusifzadə vida mərasimindən sonra Fəxri xiyabanda dəfn ediləcək. Əklil də xiyabana aparılacaq.
Qeyd edək ki, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə oktyabrın 3-də 93 yaşında vəfat edib.
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama