İranın Ermənistandakı səfiri Mehdi Sübhani Zəngəzura səfər edib.
BUTA.TV xəbər verir ki, bu barədə Zəngəzur qubernatorluğundan məlumat verilib. Məlumata görə, oktyabrın 3-də baş tutan səfər zamanı iranlı səfir Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyanla görüşüb. Görüş zamanı səfir bildirib ki, qubernatorla ilk görüşünü həm də İran üçün ağrılı olan bir vəziyyətdə keçirmək istəməzdi.
“Söhbət siyasi yox, humanitar məsələlərdən gedir”, - səfir bildrib.
Səfir Tehranın Zəngəzura göndərdiyi humanitar yardım barədə məlumat verib. Qeyd edib ki, bu, ilkin yardımdır və İrandan göndəriləcək əlavə dəstəyin daha aktual və məqsədəuyğun olması üçün qubernatordan Qarabağdan köçənlərin təcili, orta və uzunmüddətli ehtiyacları barədə məlumat istəyib.
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama