Azərbaycan Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrinin sayı artırılaraq 10-a, ixtisaslaşdırılmış gömrük idarələrini sayı isə 4-ə çatdırılıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Qərara əsasən, Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsi, Cənub Ərazi Baş Gömrük İdarəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi ləğv edilib, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Şərqi Zəngəzur Gömrük İdarəsi, Tovuz Gömrük İdarəsi yaradılıb.
Eyni zamanda Komitənin ixtisaslaşdırılmış gömrük idarələrinin siyahısına Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi əlavə edilib. Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin adı dəyişdirilərək Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi olub.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı