Bəzən avropalı tərəfdaşlarımız Azərbaycanla bağlı lüzumsuz və əsassız təbliğatın təsiri altına düşürlər. Belə olmamalıdırlar, onlar sülh gündəliyinə töhfə verməlidirlər.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Aljazeera" telekanalına müsahibəsində deyib.
“Beynəlxalq tərəfdaşlarımız da geriyə baxmaq əvəzinə gələcəyə, perspektivlərin nədən ibarət olduğuna baxmalıdırlar. Bu, xüsusilə avropalı tərəfdaşlarımıza, o cümlədən Avropa İttifaqına da aiddir”, - deyə o əlavə edib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Qarabağın erməni sakinlərinə sülh və dinc reinteqrasiya mesajı verir: “Azərbaycana və regiona sülh lazımdır. Fikrimcə, Ermənistan Respublikasına da artıq sülh lazımdır. Ermənistan bütün bu ərazi iddialarını sonlandırmalıdır. Hazırkı vəziyyətdə biz sülh üçün daha yaxşı şanslara sahibik”.
Hikmət Hacıyev sülh üçün beynəlxalq platformalardan da söz açıb: “Heç kim Rusiyanın regional ölkə statusunu, Azərbaycan və Ermənistanla tarixi əlaqələrə malik olduğunu inkar edə bilməz. Ona görə də bu platforma da əlverişlidir. Moskva platforması ilə yanaşı, ABŞ Vaşinqton platformasını da təqdim edib. Fikrimcə, böyük irəliləyiş əldə etmişik”.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı