50 yaşda qəfildən arıqlama, bənizin ağarması, əzginlik qaraciyərdə sirrozun başlandığını göstərə bilər.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, hepatoloq Nataliya Vasilyeva sirrozun son mərhələyə qədər aşkar simptom vermədiyini bildirib.
“Sirroz zamanı sağlam toxuma funksiya göstərməyən birləşdirici toxumaya çevrilir. Sirroz virus xəstəlikləri, alkoqol və dərman, eləcə də autoimmun patologiyalardan yarana bilər.
Ürək-damar sistemində problem olanların da qaraciyəri sıradan çıxa bilir. Daha çox 50 yaşda bu xəstəlik son mərhələyə çatdığı üçün bu yaş həddi təhlükəlidir. Sirroz diaqnozu qoyulan xəstələrin 70%-i kişilərdir.
Xəstə əzgindir, yuxuludur, arıqlayır, dəridə qaşınma olur, dəri ağarır, damar ulduzcuqları yaranır, ovuc içi saralır”, - həkim qeyd edib.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı