Ermənilər bu ölkədə Azərbaycana qarşı təxribat hazırlayır

16:20 - 6 Oktyabr 2023 - GÜNDƏM

 Ermənilər bu ölkədə Azərbaycana qarşı təxribat hazırlayır

Argentinada yaşayan ermənilər Azərbaycanın Buenos-Ayresdəki səfirliyində genişmiqyaslı təxribat hazırlayırlar.

BUTA.TV xəbər verir ki, bu barədə “Haqqın.az” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, oktyabrın 5-də ermənilər Azərbaycan səfirliyi yaxınlığında etiraz aksiyası keçiriblər:

“Onlar Buenos-Ayresdə yaşayan soydaşlarını oktyabrın 7-nə planlaşdırılan etiraz yürüşünə qoşulmağa çağırıblar. Diplomatik mənbənin məlumatına görə, Azərbaycan səfirliyi Argentina Xarici İşlər Nazirliyindən ermənilərin mümkün təxribatları zamanı diplomatik nümayəndəliyin ərazisində təhlükəsizlik tədbirlərini gücləndirməyi xahiş edib”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol