Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi Ramil Rzayevin işdən çıxarılması ilə bağlı xəbərlər yayılıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, idarə rəisinin xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə vəzifəsindən azad edildiyi bildirilib.
Məsələ ilə bağlı nazirlikdən qeyd edilib ki, XİN-də daxili rotasiya olub:
“Bu işdən çıxarılma deyil. Daxili rotasiya olub. Ramil Rzayev başqa idarənin rəisi təyin edilib. O, yeni vəzifəsinin icrasına 12 oktyabr tarixindən etibarən başlayacaq", - deyə əlavə edib.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı