Hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın qızı Suel qatıldığı teleproqramlardan birində anasından imtina etmək istəyini dilə gətirib.
BUTA.TV-nin xəbərinə görə, Suel bildirib ki, o, Təranənin analıqdan məhrum edilməsini istəyir:
"Keçmişdə yaşadıqlarımı unutmaq üçün arzularım var. Özümdə güc toplayıb, müraciət edirəm. İstəyirəm bacımla bir qalım. Bacım üçün çox darıxıram. Ona baxırdım, ayrılanda elə bil bir parçam getdi. Rəqsanə İsmayılova ilə qalmaq istəyirəm. Anam isə Rəqsanəni hədələyib. Anam onunla qalmağımıza icazə vermir. İstəyir bizi dövlətə təhvil versinlər. Anam həbs olunmazdan əvvəl narkotikə qurşandı, özünü itirdi. Məni, öz övladını təhdid edir. Lazımdırsa, anam analıqdan məhrum olunsun. Bacımla mən ağ günə çıxacağıqsa, razıyam".
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı