Son illər ərzində respublikanın əksər bölgələrində müxtəlif dövrlərdə əkilmiş Eldar şamı ağaclarının kəskin quruması halları müşahidə olunur. Təəssüflər olsun ki, bu cür quruma halları Naftalan şəhərinin yaşıllıq ərazilərində də baş verib.
BUTA.TV xəbər verir ki, bu fikirləri “Naftalan - sağlamlıq və turizmin sinerji mənbəyi: beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.
"Eldar şamı ağaclarının quruma səbəblərinin araşdırılması ilə bağlı mütəxəssislərimiz tərəfindən müşahidə və müayinələr aparılmış, qabıq böcəklərinin və adi şam yastıcasının Eldar şamı ağaclarına ciddi zərər vurduğu, nəticədə ağacların quruyaraq sıradan çıxdığı müəyyən olunub. Eldar şamının sıx əkildiyi yerlərdə yoluxmaların daha kütləvi hal aldığı müşahidə olunub", - nazir müavini diqqət çatdırıb.
O bildirib ki, zərərvericinin daha geniş ərazilərə yayılmasının qarşısının alınması məqsədilə yaşıllıqlara göstərilən sağlamlaşdırıcı tədbirlər genişləndirilməli, ağaclara mütəmadi aqrotexniki qulluq olunmalıdır.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı