İsrail ordusunun “Kabus” adlı elit bölməsinin rəisi, polkovnik Roy Levi Reim şəhərinin cənubunda Fələstinin HƏMAS qruplaşmasının yaraqlıları ilə döyüş zamanı həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. “O, evlərində mühasirəyə alınan vətəndaşları xilas etmək üçün ilk olaraq Reimdə döyüşə girərək, komandasını cəsarətlə idarə etdi”, - İsrail ordusunun yaydığı məlumatda bildirilib.
Məlumatda 10-a yaxın fələstinli yaraqlının öldürüldüyü da qeyd edilib.
Xatırladaq ki, bundan öncə daha bir polkovnikin - briqada komandiri Yonatan Ştaynberqin həlak olduğu bildirilmişdi.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 600-dən çox sakin ölüb, 2 mindən çox insan yaralanıb.
İsrail ordusu cavab tədbirləri görür.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı