Fələstində sülh yalnız bu şəkildə ola bilər - Ərdoğan

23:34 - 9 Oktyabr 2023 - GÜNDƏM

 Fələstində sülh yalnız bu şəkildə ola bilər - Ərdoğan

1967-ci il sərhədləri daxilində Fələstinin müstəqilliyi tanınmadan Yaxın Şərqdə sülh əldə edilə bilməz.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.

“1967-ci il sərhədləri daxilində Fələstin torpaqlarında, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren Fələstin dövləti tanınmayana qədər bölgəyə sülh və əmin-amanlıq gəlməyəcək”, - Ərdoğan vurğulayıb.

O, həmçinin ölkəsinin Fələstin xalqına humanitar yardım göstərməyə hazır olduğunu bəyan edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol