Ermənistan Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının oktyabrın 13-də Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcək.
BUTA.TV xəbər verir ki, Paşinyan bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovla telefon danışığında bildirib. Məlumata görə, söhbət zamanı Ermənistanın baş naziri bəyan edib ki, bir sıra şərtlərə görə iclasda iştirak edə bilməyəcək.
Qeyd edək ki, dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcəyi ilə bağlı məlumat yayılmışdı.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı